İyul ayında Gürcüstanda yanacaqdoldurma məntəqələrində benzinin qiymətində artım qeydə alınıb. FED.az xəbər verir ki, bahalaşma bu ölkədə fəaliyyət göstərən "SOCAR Georgia" şirkətinə məxsus yanacaqdoldurma məntəqələrində də qeydə alınıb. Artım 5 tetri təşkil edib.
Eləcə də bax:Azərbaycan qazını Avropaya çatdıracaq kəmərdə işlərin - 90%-İ TAMAMLANIB
Hazırda ölkə ərazisində 1 litr benzinə olan qiymət 2,53-2,59 lari arasında dəyişir. Bahalaşmanın larinin dollar qarşısında ucuzlaşması və yanacaq qiymətlərinin artması ilə əlaqəli olduğu bildirilib.