“İyulun 1-dən etibarən mövcud qanunvericiliyin tətbiqinə başlanılacaq. Tətbiq prosesi getməmişdən əvvəl taksi sürücülərini kifayət qədər məlumatlarla təmin etmişik”.
Bu tarixdən taksilərdə minimal gedişhaqqının 4.50 manat olacağı bildirilir - AYNA-DAN AÇIQLAMA
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
“Onlar öz fəaliyyətlərini mövcud qanunvericiliyin tələblərini uyğunlaşdırmaq üçün texniki, metodoloji və mümkün resurslar çərçivəsində dəstək xidmətlərindən yararlanırlar. Düşünürəm ki, iyulun 1-dən qanunvericiliyin tam tətbiqinə başladığımız halda hazırlıq müddətində gördüyümüz işlərin faydasını həm taksi sürücüləri, həm də dövlət qurumları olaraq hiss edəcəyik”, - deyə nazir müavini bildirib.