ABŞ-ın avtomobil istehsalçısı “General Motors” 145,8 milyon dollar cərimə ödəməlidir.
Tesla şirkətinin satışları azalıb
FED.az xəbər verir ki, cərimə avtomobil konserninin atmosferə atılan emissiya qazları ilə bağlı hakimiyyət orqanlarına yanlış məlumat verməsi səbəbindən təyin edilib. Məlum olub ki, “General Motors” avtomobillərinin havaya atdığı karbon qazının miqdarı sənəddə göstəriləndən 10 faiz çoxdur.
Qeyd edək ki, “General Motors” ABŞ-da populyar olan “Chevrolet”, “Buick”, “Cadillac” və GMC avtomobillərini istehsal edir. O, satış həcminə görə dünyada beşinci ən böyük avtomobil istehsalçısıdır. (Azərtac)