Gəncə Avtomobil Zavodu 2017-ci ilin 11 ayı ərzində 1300-ə qədər Belarus traktorları istehsal olunub. Bu barədə Zavoddan bildirilib.
Məlumata görə, bunlar dövlət sifarişi əsasında “Aqrolizinq”ə təhvil verilib. Bu müddətdə müəssisədə traktor qoşqusu, traktor üçün kotan, DEM ekskovatoru, MUP traktoru, MAZ markalı ağır tonnajli avtomobil, ədəd Haller markalı kommunal tullantıların daşınması üçün avtomobil istehsal olunub.
Ümumilikdə isə bu günədək müəssisədə 8000-dən çox müxtəlif modellərdə traktorlar istehsal olunub. Bunlardan 7000-dən çoxu “Aqrolizinq”ə verilib. 2007-ci ildən bu günədək müəssisədə orta hesabla 3000-ə qədər 10 modeldə MAZ avtomobili yığılıb. Bu müddətdə 200-ə yaxın KAMAZ, 300- dən çox URAL avtomobilləri istehsal olunub. Eksperimental olaraq 2 MAZ avtobusu istehsal olunub.
Zavoddan bildirilib ki, ölkə xaricində fəaliyyəti genişləndirmək məqsədilə marketinq araşdırmalarına start verilib:
“Həm Gürcüstanda, həm də Türkiyə Respublikasında müəssisəmizin nümayəndəliyi fəaliyyətə başlayıb ki, bu da istehsal etdiyimiz texnikaların 3-cü ölkələrə satışına müsbət təsir göstərəcək”.
© Fins
Gəncə Avtomobil Zavodu xaricə avtomobil satacaq
12:52
12 Dek 2017