Avto

Gəncə Avtomobil Zavodu - TƏNƏZZÜLDƏ

Gəncə Avtomobil Zavodu - TƏNƏZZÜLDƏ | FED.az
09:39 18 Okt 2019

2019-cu ilin yanvar-sentyabr dövründə ölkəmizdə 886 ədəd traktor istehsal edilib.

FED.az xəbər verir ki,  Dövlət Statistika Komitəsinin aylıq hesabatında məlumat verilir ki, 2018-ci ilin yanvar-sentyabr dövrü ilə müqayisədə traktor istehsalı 26,2% azalıb.

Eləcə də bax: Çin Azərbaycanda traktor zavodu tikəcək – MİNLƏRLƏ YENİ İŞ YERİ

İstehsal edilmiş traktorların çoxu satılmayıb. 01.10.2019-cu il vəziyyətinə hazır məhsul ehtiyatı 358 ədəd traktor təşkil edib.

Azərbaycanda traktorların yeganə istehsalçısı Gəncə Avtomobil Zavodudur.

Zavod 2007-ci ildən etibarən dövlət sifarişi əsasında müxtəlif modeldə traktorlar yığaraq “Aqrolizinq” ASC-yə təhvil verirdi. “Aqrolizinq” aldığı traktorları lizinq şərtləri ilə fermerlərə satırdı.

2019-cu ildən mexanizm dəyişib. Artıq texnikaların güzəştli şərtlərlə əldə edilməsini Aqrar Kredit və İnkişaf Agentliyi təşkil edir. Agentlik Gəncə Avtomobil Zavodundan və digər şirkətlərdən traktor alaraq fermerlərə satmır. İndi seçim azaddır. Fermer istədiyi təchizatçıdan (şirkətdən) texnikanı (o cümlədən traktoru) seçir, müqaviləsini bağıayır, pulunu ödəyir və sonra 40% güzəşti almaq üçün  Aqrar Kredit və İnkişaf Agentliyinə müraciət edir. Yəni, 40% güzəştlə traktor alan zaman mütləq Gəncə Avtomobil Zavodunun traktorunu almaq tələbi yoxdur.

Ehtimal ki,  dövlət sifarişlərinin olmaması ilə də bağlı olaraq Gəncə Avtomobil Zavodunun istehsalı azalıb. Azərbaycan bazarında müxtəlif markaların traktorları satılır və fermerlə bu traktorları da dövlətin dəstəyi ilə əldə edə bilirlər. Qısası, bazarın liberallaşması Gəncə Avtomobil Zavoduna mənfi təsir edib.

Marja

Digər xəbərlər