Alman avtomobil istehsalçısı "BMW Group"un cari ilin üçüncü rübünə olan xalis mənfəəti ötən rüb ilə müqayisədə azalıb.
Fed.az xəbər verir ki, "BMW Group"un bu ilin üçüncü rübündə faiz və vergidən əvvəlki mənfəəti 3,2 faiz, xalis mənfəəti 1,8 faiz, vergidən əvvəlki mənfəəti isə 5,9 faiz azalaraq 2,422 mlrd. avro olub.
Belə ki, tərkibində motosiklet, avtomobil, maliyyə və digər xidmətləri birləşdirən "BMW Group" cari ilin üçüncü rübündə "Group" nəzdindəki "BMW", "MINI" və "Rolls-Royce" markalı maşınlar üzrə 1,2 faiz artımla 590 min 415 ədəd satış nəticəsi qeydə alıb.
Lakin avtomobil seqmentində artan satış göstəricilərinə baxmayaraq, gəlirlər 2,4 faiz, faiz və vergidən əvvəlki mənfəət isə 0,2 faiz geriləyib.
"BMW Group"un motosiklet seqmenti isə üçüncü rübdə yaxşı nəticə göstərib. Bu dövrdə satışlar 11,7 faiz artımla 39 min 429 ədədə çatıb. Gəlirlər isə 14 faiz artımla 514 milyon avroya yüksəlib.
"BMW Group"un icraçı direktoru Harald Krüger mətbuata açıqlamasında bildirib ki, 2025-ci ilə qədər bazara 25 növ elektrik və hibrid avtomobil buraxılacaq.
Gəlirləri azalan BMW hibridə keçir
16:25
7 Noy 2017