"AvtoVAZ" istehsalçısı bütün model cərgəsinin qiymətlərini orta hesabla 2,3 faiz qaldıracaq.
FED.az xəbər verir ki, ən çox qiymət artımı - 3,8 faiz - "Vesta" sedanına şamil olunacaq. Satış üzrə lider "Qranta" ailəsinə məxsus sedanların qiyməti 2,5 faiz artırılacaq. "Lada" 4x4 avtomobilllərin qiymətləri 2,9 faiz, cərgənin ən bahalı modeli "Lada Vesta Sport"un qiyməti isə 1,5 faiz qaldırılacaq. Ən az artım isə xetçbek "Lada Xray"də - 0,8 faiz olacaq.
Eləcə də bax: Azərbaycanda «Lada»ların satış - ŞƏRTLƏRİ DƏYİŞDİ
Digər avtomobil istehsalçıları qiymət artımını elan etdiklərinə görə, "AvtoVAZ"ın qiymət artımı Rusiya bazarındakı payına təsir etməyəcək.
"AvtoVAZ", 2018-ci ildə montaj konveyerindən 560 mindən çox avtomobil buraxaraq Rusiyanın ən nəhəng minik avtomobili istehsalçısı olaraq qalmaqdadır.
Eləcə də bax: Bakıda satılan avtomat sürət qutulu - ƏN UCUZ AVTOMOBİLLƏR – QİYMƏTLƏR
Xatırladaq ki, "AvtoVaz" qrupu "Renault-Nissan-Mitsubishi" alyansına daxildir.
Trend