Gələn ildən etibarən Hacıqabul Sənaye Məhəlləsində kommersiya və xüsusi təyinatlı QAZ avtomobillərinin istehsalı zavodu fəaliyyətə başlayacaq.
Eləcə də bax: Yeni zavodlar Azərbaycanın bu şəhərində – ƏMLAKI KƏSKİN BAHALAŞDIRIB
FED.az xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.
Eləcə də bax: Hacıqabulda avtomobil istehsalına nə vaxt başlanacağı - MƏLUM OLUB
Onun sözlərinə görə, hazırda tikinti işləri davam edir və bir çox inşaat işləri artıq yerinə yetirilib.
Qeyd edək ki, zavodun təməli bu ilin fevralın 9-da qoyulub. Layihə Azərbaycanın “Azərmaş” və Rusiyanın “QAZ Qrup” şirkəti ilə birgə icra olunur. Zavodda kiçik tonnajlı avtomobillərin istehsalı nəzərdə tutulur. Layihənin investisiya dəyəri 14 mln. manat təşkil edir.
Eləcə də bax: «Naxçıvan Avtomobil Zavodu» özəlləşib – SAHİBİ MƏLUM OLDU
Xatırladaq ki, zavodun illik istehsal gücü 1 000 avtomobil təşkil edəcək. Müəssisədə “QAZel”, “QAZel Biznes”, “QAZel Next” avtomobil modelləri və xüsusi təyinatlı texnika istehsal ediləcək.
Apa