Çeçenistan "Chechenavto" zavodunda yeni "Gazelle Next" modelinin yığılmasına başlanılıb. Burada istehsal gücü ayda 100 avtomobilə qədərdir.
Eləcə də bax: Rusiya İranla birgə avtomobil - BURAXA BİLƏR
FED.az xəbər verir ki, bu barədə Çeçenistanın baş naziri Müslüm Xuçiyev elan edib. «Biz Çeçenavto zavodunda "Qazel" markalı avtomobillərin yığılması üçün yeni xətti işə saldıq. İlkin mərhələdə ayda 100-ə qədər avtomobil istehsal etmək və 100 nəfəri işlə təmin etmək mümkündür»-deyə baş nazir bildirib.
Onun sözlərinə görə, gələcəkdə rayonda avtomobil klasterinin yaradılması nəzərdə tutulur ki, bu da müəssisənin istehsal həcmini artırmağa və avtomobillərin çeşidini genişləndirməyə imkan verəcək.
Bu il Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda Çeçenistanın Sənaye və Energetika Nazirliyi “QAZ Group” idarə şirkəti ilə «Gazel Next»in yeni modelinin buraxılmasına dair müqavilə imzalayıb.