Ford, yenidənqurma çərçivəsində Avropa əməliyyatında mühüm dəyişikliklərə imza atır.
FED.az xəbər verir ki, ABŞ şirkətinin bu çərçivədə gəlirliliyi daha yüksək olan SUV modellərinə diqqət yetirəcəyi, "Mondeo", "Galaxy" və "S-Max" modellərinin istehsalını isə dayandıracağı bildirilir.
Nümayəndəlik sayının azaldılacağı da gələn xəbərlər arasındadır.
Ford, aprel və iyun ayları arasında Avropa əməliyyatında 75 milyon dollara yaxın zərər etmişdir. Mütəxəssislər, "Brexit" səbəbindən avtomobil nəhənginin daha ciddi problemlərlə üzləşəcəyini bildirirlər.
Dünyanın ən böyük investisiya banklarından biri "Morgan Stanley" tərəfindən hazırlanan bir hesabatda Ford-un təxminən 200 min nəfər olan işçilərinin 12%-ndən imtina etməsi lazım olduğunu bildirilmişdi. İxtisarın əsasən Avropada ola biləcəyi vurğulanır.
Böyük Britaniyanın "The Times" qəzeti, Ford-da daxili yenidənqurmanın bir neçə ay çəkəcəyini və Avropa əməliyyatında rəqib bir şirkətlə ortaq olacağı iddia edilib.