Finlandiyanın təkər istehsalçısı "Nokian Tyres" nəinki Rusiyadakı aktivlərinin satışını başa çatdırıb, həm də ölkədəki bütün fəaliyyətini dayandırıb.
Xarici KİV: “Rusiyada iqtisadi böhran başlayıb”
FED.az xəbər verir ki, bu barədə cümə axşamı şirkət məlumat yayıb.
""Nokian Tyres plc" Rusiyadakı aktivlərinin "Tatneft"ə satışını başa çatdırıb. "Nokian Tyres" hazırda Rusiyadakı bütün fəaliyyətini dayandırıb", - məlumatda deyilir.
Martın əvvəlində şirkət Rusiyadakı aktivlərini 23 milyard rubla (cari məzənnə ilə 285 milyon avro) neft şirkəti “Tatneft”ə satmaqda olduğunu elan etmişdi.
"Nokian Tyres" 2005-ci ildən Rusiyada işləyirdi və Leninqrad vilayətində istehsal müəssisəsi fəaliyyət göstərirdi.
"Nokian Tyres" ötən ilin iyununda Rusiya bazarını tərk etmək niyyətində olduğunu bəyan edib. Daha sonra, noyabr ayında, 2024-cü ilin ortalarına qədər Rumıniyada yeni təkər zavodu tikəcəyini bildirib. (Marja)