Bakıda avtomobil təmiri sexinin fəaliyyəti dayandırılıb.
Bakıda yanacaqdoldurma məntəqəsi bağlandı - VİDEO
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Rəsmi məlumata görə, nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, ev 3166 ünvanında fəaliyyət göstərən avtomobil təmiri sexində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bəzi nöqsanlar aşkar edilib.
Belə ki, obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb, obyekt odsöndürən balonlarla tam təmin edilməyib, elektrik təsərrüfatı "Elektrik Qurğularının Quraşdırılması Qaydaları"nın tələblərinə uyğun quraşdırılmayıb, obyektin yeməkxanasında propan qaz balonundan istifadə olunur.
Xidmət bu obyektdəki pozuntular sırasında yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planının olmamasını, obyektin daxilində yanan əşyaların pərakəndə şəkildə saxlanmasını, yanğın zamanı yanğınsöndürmə maşınlarının bura yaxınlaşması üçün şəraitin olmamasını qeyd edib.
Nəhayət, obyektin daşınmaz əmlakı icbari qaydada sığorta edilməyib.
Buna görə də avtomobil təmiri sexinin fəaliyyəti dayandırılıb.




















