"Türkiyə istehsalı olan ikinci “Togg” elektromobili üçün dərhal İlham bəy növbəyə keçdi. Əliyev ikincini mənə verin dedi".
İlham Əliyev Türkiyə istehsalı “Togg” barədə: “Sifariş verdik, tezliklə alacağıq” – VİDEO
FED.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan bildirib ki, istehsal olunacaq ikinci elektromobili Azərbaycan Prezidenti İlham Əliyev istəyib. Türkiyə Prezidenti isə ikinci “Togg” elektromobilinin Azərbaycanın dövlət başçısına verəcəyini açıqlayıb.
Qeyd edək ki, Türkiyə Prezidenti xanımı Əminə Ərdoğanla birlikdə "Togg" elektromobilini sınaqdan keçirərkən il ərzində 175 min avtomobil istehsal olunacağını bildirmişdi.
Xatırladaq ki, Türkiyənin ilk elektromobili olan “Togg”un satışı bu ilin fevral ayında başlayacaq.