Avtomobilin yaşı ötükcə dəyərini saxlaya bilmək özəlliyi onun likvidliyinin tərkib hissəsidir və avtomobil seçimində əsas amillərdən biridir.
FED.az xəbər verir ki, “iSeeCars” araşdırma şirkəti 4,3 milyon yeni və ikinci əl avtomobilin satışlarını tədqiq edərək belə bir nəticəyə gəlib ki, ən gec dəyər itirən yolsuzluq avtomobilləri və pikaplardır, elektromobillər və lüks sinifinə aid sedanlar isə daha tez dəyərdən düşürlər.
Eləcə də bax: Ən çox alınan krossoverlər açıqlandı - SİYAHI
Beləliklə alındıqdan 5 il sonra ən az dəyər itirən avtomobillərin TOP-10-luğu aşağıdakı kimidir:
10. Dodge Ram 1500
9. Subaru Impreza
8. GMC Sierra 1500
7. Chevrolet Silverado
6. Toyota 4Runner
5. Nissan Frontier
4. Toyota Tundra
3. Toyota Tacoma
2. Jeep Wrangler Unlimited
1. Jeep Wrangler