Almaniyada maşınların dayanıqlılığını təyin etmək üçün onların texniki vəziyyətinin yoxlanışı keçirilib. FED.az ən dayanıqlı maşınların reytinq cədvəlini təqdim edir. Yoxlanılan maşınların istifadə müddəti 10 ildən çox olub.
Reytinqin lideri Porsche 911 olub. Beləki, 75000 kilometr məsafədə aldığı orta zədələnmə faizi 12%-dən aşağı olub.
Siyahıda ikinci yeri Toyota Corolla Verso tutub. Beləki, bu modelin 135000 kilometrdə aldığı ortalama zədə və ya bərpası olmayan zədə faizi 15.3% təşkil edir.
Üçüncü yeri Mazda 2 modeli tutub. Bu model maşınların 16.3% bərpa olunmayan zədə alıb.
Siyahıda dördüncü yeri Ford Fusion tutub, reytinq cədvəlinin beşincisi isə Toyota Corolla olub. Hansı ki, zədələnmə dərəcələr uyğun olaraq 17.8% və 18.2% təşkil edib.
Beləliklə, aparılan təcrübələrə əsasən yapon istehsalı olan bu maşınları davamlı hesab etmək olar.