Hazırda Azərbaycanın avtomobil bazarında satılan hər 20-25 maşından yalnız biri yeni avtomobildir. Bu barədə FED.az-a avtomobil biznesi ilə məşğul olan Aqşin Hüseynov bildirib. Onun sözlərinə görə, son 1 ildə bazarda yeni maşınlara təlabat kəskin azalıb, avtomobil bazarında təlabat, daha çox 2-ci əl köhnə sovet və işlənmiş alman maşınlarınadır. Onların sözlərinə görə, satılan maşınların sayı da əvvəlki vaxtlara nisbətən 2 dəfə azalıb.
A.Hüseynov bildirib ki, benzinin qiymətində baş verən artım da var, maşınların qiymətinə təsir edib. O vaxtdan indiyədək dizellə işləyən maşınların qiyməti 30% bahalaşıb.
Eləcə də bax: “Xəzər” avtomobillərini taksi kimi işlədəcəklər
Avtomobil satıcısı bildirib ki, hazırda alıcılar daha çox ucuz maşınlara – qiyməti 6-7 min manata qədər olanlara üstünlük verirlər. Satılan maşınların böyük hissəsi bunlardır. Bunlar köhnə «Mersedes»lər və sovet maşınlarıdır. Belələrinə «06», «07» və «Niva»lar aiddir, hətta «011»lərə də maraq artıb. Bəziləri əllərinə olan 1200-1500 manatı götürüb avtomobil alırlar. Çnüki köhnə maşınlar həm davamlı, həm də ehtyat hissələri ucuzdur.
Yeni avtomobillərə isə tələbat kəskin düşüb. İndi bazardakı avtomobillərin yalnız 4-5%- yeni maşınlardır. Səbəbi əhalinin alıcılıq qabiliyətinin azalması və gömrük xərclərinin artmasıdır: «Bu da təzə gətirlən maşınların qiymətində 70% yaxın artım ilə nəticələnib».
A.Hüseynov bildirir ki, indi alıcılar avtomobil seçəndə ən çox dözümlülük və yanacaq sərfiyatına fikir verirlər. Bir hissə isə gələcəkdə, satmaq lazım olanda daha asan satılmasını nəzərə alır. Alıcıların fikir verdikləri əsas xüsusiyətlərdən biri də, aldıqları maşının ehtiyat hissələrinin tez və ucuz tapılmağıdır.