ABŞ-ın Missuri ştatının Coplin şəhər rəhbərliyindən Tesla şirkətinin sahibi Elon Maska bir milyard dollarlıq təklif gəlib.
Eləcə də bax: 5 ildən sonra Tesla hər il - 1,2 MİLYON ELEKTROMOBİL SATACAQ
FED.az xəbər verir ki, onlar Elon Maska "Cybertruck" pikapını istehsal etmək üçün Coplində zavod tikməyi təklif ediblər.
Qeyd edək ki, milyarder mart ayının 11-də Tvitter sosial şəbəkəsində "Cybertruck" istehsalı üçün zavod tikməyə ərazi axtardığını yazmışdı.
Coplin rəhbərliyi isə tvitə cavab olaraq Maska Coplin ərazisində 1 milyardlıq ərazi və 50% endirim təklif edib.
Şəhər rəhbərliyi sahibkara dəmiryolu yaxınlığında yerləşən 442,6 hektar əraziyə 50% endirim, həmçinin 2032-ci ilədək vergi güzəşti təklif edir.
Xatırladaq ki, Tesla şirkəti "Cybertruck" pikapını ötən ilin noyabr ayından nümayiş etdirmişdi. Avtomobilin korpusu gülləkeçirməz dəmirdən hazırlanıb.
TED