Hazırda ölkəmizə gətirilən hibrid avtomobillər əlavə dəyər vergisindən, yalnız elektrik mühərrikli avtomobillər isə həm əlavə dəyər vergisindən, həm də aksiz vergisindən azaddır. Mütəxəssislər hesab edir ki, güzəştlərin vaxtı yenidən uzadılmasa, bu, qiymətlərin artmasına səbəb ola bilər.
FED.az xəbər veir ki, güzəştin vaxtının uzadılması üçün isə Vergi Məcəlləsinə dəyişiklik edilməlidir. Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə qeyd olunan məsələyə ilin ikinci yarısı baxılacaq.
Qeyd edək ki, ötən il Azərbaycana təxminən 92 minə yaxın nəqliyyat vasitəsi idxal edilib ki, bunun 3 min 27 ədədi elektromobil, 26 min 197 ədədi isə hibrid nəqliyyat vasitələri olub. (Azərtac)