Elektrikli avtomobillər üçün litium ion akkumulyator batareyalarının dəyəri 2008-ci ldən 2021-ci ilə kimi olan dövr ərzində 87% və yaxud 7,7 dəfə azalıb.
Eləcə də bax: Azərbaycanda bu avtomobillərin - QİYMƏTİ UCUZLAŞIB
FED.az xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyinin avtomobil texnologiyaları idarəsinin analitik hesabatında deyilir.
2021-ci ilə olan vəziyyətə görə, batareyaların orta qiyməti kilovat/saat faydalı həcm üçün 157 ABŞ dollarına, kilovat/saat ümumi həcm üçün isə 143 ABŞ dollarına bərabərdir. 2008-ci ildə kilovat/saat faydalı həcm 1 237 ABŞ dolları olub. Təkcə son iki ildə batareyalar 200 dollar və yaxud 25 %-ə yaxın ucuzlaşıb.
Analitiklər qeyd edir ki, qiymətlərin bu səviyyədə azalması eyni anda kimya, fizika və batareyaların istehsalı texnologiyaları kimi bır sıra sahələrdə sıçrayış sahəsində mümkün olub. Mütəxəsislər texnologiyaların gələcək inkişafının akumulyatorların qiymətini daha da azaldacağını gözləyir. (Report)