Azərbaycanda elektrik mühərrikli nəqliyyat vasitələrinin sahiblərinin sığorta məhsullarına çıxış imkanları genişləndiriləcək.
Eləcə də bax: Ölkədə köhnə avtomobillərin istifadəsinə - MƏHDUDİYYƏT QOYULACAQ
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu, “Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviqi ilə bağlı qiymətləndirmələrin aparılması, təkliflərin hazırlanması və həyata keçirilməsi üzrə 2022-ci il üçün Yol Xəritəsi”ndə əks olunub.
Bildirilir ki, bununla bağlı cari ilin may ayının 1-dək elektrik mühərrikli nəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və bu sahədə digər sığorta növlərinin rəsmiləşdirilməsi ilə əlaqədar müvafiq qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə təkliflər hazırlanaraq aidiyyəti üzrə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyaya təqdim olunacaq.
Müvafiq təkliflərin hazırlanması Azərbaycan Mərkəzi Bankına, Ədliyyə Nazirliyinə, Maliyyə Nazirliyinə və Daxili İşlər Nazirliyinə həvalə olunub.