Enerji doldurulması üçün müəyyən edilmiş parklanma yerlərində enerji doldurmaq məqsədilə elektrik mühərrikli nəqliyyat vasitələrinin durması istisna olmaqla, nəqliyyat vasitələrinin parklanması üçün 20 manat cərimə nəzərdə tutulub. Bu, çox azdır.
Parklanma qaydalarının pozulmasına görə cərimələr artırılır - MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında ikinci oxunuşda İnzibati Xətalar Məcəlləsinə dəyişikliyin müzakirəsi zamanı deputat Naqif Həmzəyev deyib.
Deputat bildirib ki, enerji doldurma məntəqələrinin sayı azlıq təşkil edir: "Hər hansı şəxs avtomobilini orada saxlayıb gedir. Gün ərzində parklanmaya görə 20 manata yaxın pul ödəyirik. O baxımdan düşünürlər ki, bu cərimə bir şey edəsi deyil. O zaman xeyli sayda elektrikli avtomobil enerji doldurmaqdan məhrum olur. Bu baxımdan həmin cəriməni 40 manat etsək, yaxşı olar". (Apa)