ABŞ-da məşhur elektrik avtomobilinin prototipi bir dəfə enerji yükləməklə 640 kilometr məsafə qət edə bilib.
Eləcə də bax: Azərbaycana 1300-ə yaxın elektrik və hibrid - AVTOMOBİLLƏR GƏTİRİLİB
FED.az xəbər verir ki, 1000 at güclü «Lucid Air» elektronsedanının prototipi birdəfə enerji yığmaqla San-Fransiskodan Los-Ancelesə qədər məsafə qət edib. Avtomobil bu yolun böyük hissəsisi sürət magistrallarında saatda 100 kmdən artıq sürətlə qət edib.
Məlum olub ki, «Lucid Motors»un əməkdaşları məşhur avtomobilin beta versiyasını götürüb başqa şəhərdəki ofislərinə baş çəkiblər. Şirkətdə bu məsafəni «ağıllı gediş ehtiyatı» termini ilə izah ediblər. Konsepsiyaya görə, avtomobilin uzaq yol getməsi üçün akkumulyatorun həcmini artırmaq yox, enerji sərfini optimallaşdırmaq lazımdır.