Azərbaycan 2021-ci ilin ilk üç rübü ərzində idxal etdiyi minik avtomobillərini analiz etdikdə məlum olur ki, əhalinin getdikcə kiçik mühərrikli avtomobilin idxalına marağı artmaqdadır.
Eləcə də bax: Azərbaycanda hibrid mühərrikli avtomobillər - UCUZLAŞACAQ
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, Azərbaycana 2021-ci ilin yanvar-sentyabr ayları ərzində 60 540 avtomoilindən 20 197 ədədi benzinlə çalışan və mühərrik həcmi 1 000 – 1 500 sm-kub olan minik avtomobilləridir. Bu avtomobillərin miqdar baxımdan həcmi 2020-ci ilin eyni dövrünü 72% üstələyib. Bu avtomobillərin ortalama qiyməti isə $5 755 olmaqla öncəki ilin göstəricisindən ($6 450) geri qalır. Bu avtomobillərin idxalına görə ölkəni $116.24 mln. həcmində valyuta tərk edib.
2021-ci ilin ilk üç rübündə ikinci ən çox idxal edilən minik avtomobili isə benzinlə olan mühərrikinin həcmi 1500-3000 kub-sm olanlardır. Onların sayı 16 648 olmaqla, idxal dəyəri $258.86 mln.-dur. Bu avtomobillərin orta qiyməti cari ildə $15 549 olmuşdur, bu öncəki ilin müvafiq dövründə $16 234 idi.
Ölkədə idxal dinamikasında isə ən çox dizel mühərrikli avtomobillərdə müşahidə edilir. Azərbaycana gətirlən mühərrik həcmi 1 500 sm-kubadək olan dizel minik avtomobillərinin idxal həcmi 84% illik artımla 6 338 ədəd olub, bu da $22.12 milyonu əhatə edir. Orta idxal qiyməti isə hər avtomobilə $3 490 olmaqla öncəki ilin eyni dövründəki qiymətə yaxındır.
Dizel mühərrikli avtomobillərdən həcmi 1 500-2 500 kub-sm olanların hesabat ilindəki idxal miqdarı illik müqayisədə 63% artımla 7 388 ədəd və 2 500 kub-sm-dan çox olanların idxal miqdarı 5% artımla 369 ədəd təşkil edib.