Təəssüflə bildiririk ki, 02.02.2019-cu il tarixində yayımlanan “Yol polisini videoya çəkib yayanlar cəzalandırılacaqlar” başlıqlı yazıda ifadə olunan fikirlər düzgün şərh olunmayıb.
FED.az xəbər verir ki, BDYPİ-nin rəsmisi R.Quliyev vətəndaşlar tərəfindən yol-patrul xidmətinin əməkdaşlarının xidmət zamanı video çəkilişinin aparılmasının cəzaya səbəb olması ilə bağlı fikir bildirməyib.
Eləcə də bax: "Yol polisinin bu tələbi qeyri-qanunidir" - AÇIQLAMA
Əslində, sözügedən materialda şöbə rəisi R.Quliyev qanunvericilikdə məhz polisin qanuni tələbinə tabe olmayan sürücülərin cəzalandırılması barədə konkret maddələrin nəzərdə tutulduğunu, habelə yol hərəkəti zamanı digər hərəkət iştirakçılarının həyat və sağlamlıqlarını təhlükə altnda qoyaraq törətdikləri qayda pozuntularının, özbaşınalıqların videogörüntülərini sosial şəbəkədə paylaşmaqla bunu “qəhrəmanlıq” kimi təqdim edən şəxslərin yanlış yolda olduqlarını bildirib. Bu fikirlər isə sonradan ayrı-ayrı saytlarda təhrif edilmiş şəkildə paylaşılıb.