«World Car Awards» təşkilatı 2020-ci ilin ən yaxşı avtomobillərini müəyyən edib. FED.az xəbər verir ki, avtomobil ekspertləri arasında aparılan sorğuya əsasən «Kia»nın nəhəng modeli «Kia Telluride» «Dünyada ilin avtomobili» adını qazanıb.
«Kia» bu yarışmada «Mazda»nın iki modelini «Mazda CX-30» və «Mazda3»u geridə qoyub. Nəhəng – 7-8 yerlik premium klas yolsuzduq avtomobili «KIA Telluride» modeli şirkətin indiyədək buraxdığı ən böyük avtombildir. Maşının uzunluğu 5 metrdən artıqdır. Eni 1989 mm, hündürlyüü 1750 mm, təkər bazası 2900 mm-dir.
«V6 GDI» ailəsinə adi olan 3,8 litrlik «Lambda II» mühərriki 291 at gücündədir. Avtomobil özəndən başqa 2250 kiloqramlıq qoşqunu da çəkib apara bilir. Yerdən hündürlüyü 20 santimetrdən artıq olan avtomobil istənilən maneəni rahat keçə bilir.
«Ən yaxşı şəhər avtomobil» kateqoriyasında da «Kia»nın modeli –«Kia Soul EV» elektromobili qalib gəlib. Bu modellə «Mini Electric» və «Volkswagen T-Cross» müarizə aparırdı.
Ən yaxşı lüks avtomobil «Porsche Taycan» elektromobili olub. Bu yarışda «Mercedes-Benz EQC» ikinci, «Porsche 911» üçüncü olub.
Ən gözəl avtomobil isə «Mazda3» olub. «Mazda» bu yarışmada «Porsche Taycan» və «Peugeot 208»i qabaqlayıb.
Avropanın ən yaxşı avtomobili isə «Peugeot 208» sayılıb.