Dünyanın ən etibarlı avtomobilləri açıqlanıb.
FED.az-ın məlumatına görə, Yaponiyanın “Lexus” avtomobil markası Amerikanın “Consumer Reports” jurnalının qiymətləndirmələrinə görə dünyanın ən etibarlı avtomobili hesab edilib.
ELƏCƏ DƏ BAX: "Qara Bazar"da avtomobillərin ehtiyat hissələrinin – QİYMƏTLƏRİ
“Lexus” ötən ilki reytinqə başçılıq edən “Toyota”nı qabaqlayıb. Bu markanın ən etibarlı avtomobili “Lexus GS” olub.
Siyahıda üçüncü yeri “Mazda” avtomobilləri tutub. Dördüncü yerdə “Subaru”, 5-ci yerdə isə “Kia” avtomobilləri qərarlaşıb. “Kia” ötən ilə nisbətən 2 pillə geriləyib.
Altıncı yeri “İnfiniti” avtomobili tutub. Avropanın ən yaxşı brendi “Audi” bu siyahıda 7-ci olub. Siyahıda BMW avtomobilləri 8-ci, Britaniyanın “Mini” avtomobili 9-cu yerdə qərarlaşıb. İlk onluğu “Hyundai” qapayıb.
Dünyanın ən etibarlı avtomobilləri – AÇIQLANDI
20:17
30 Okt 2018