Dünyada ən çox alınan avtomobil markaları Yaponiyanın “Toyota” şirkətinə məxsusdur.
Eləcə də bax: "Toyota" rüblük xalis mənfəəti 2 dəfədən çox artıb
FED.az xəbər verir ki, bu barədə ABŞ-ın “Automotive Touch Up” şirkətin hazırladığı və 110 ölkəni əhatə edən araşdırmada bildirilir.
Sənədə əsasən, ötən il 44 ölkədə “Toyota”ya üstünlük verilib. Siyahıda növbəti yerlərdə Almaniyanın “Volkswagen” (17 ölkə), Fransanın “Renault”, Cənubi Koreyanın “Hyundai” (hər biri 5 ölkə), ABŞ-ın “Chevrolet” (4 ölkə) şirkətlərə qərarlaşıb.
Maraqlıdırı ki, "Toyota"nın fəaliyyət göstərdiyi Asiya regionunda bu markaya üstünlük verilsə də, qitənin ən böyük ölkəsi Çində “Volkswagen” ən populyar avtomobil markası seçilib.
Araşdırma Afrika ölkələrinin əksəriyyətini əhatə etməsə də, Cənubi Afrikada “Toyota”ya, Şimali Amerikada “General Motors” və “Ford”a, Cənubi Amerikada "Chevrolet”, “Renault”, “Toyota” və “Volkswagen”ə, Avropada isə daha çox yerli markalara üstünlük verildiyi məlum olub.
Qlobal miqyasda ən çox istifadə olunan avtomobil modelləri isə “Toyota Hilux” (14 ölkə), “Toyota Corolla”, “Toyota Land Cruiser” və “Skoda Octavia” (hər biri 6 ölkə), həmçinin “Toyota RAV4” və “Renualt Clio” (5 ölkə) olub. (Report)