ABŞ-da dünyanın ən böyük yanacaqdoldurma məntəqəsi açılıb.
FED.az xarici mətbuata istinadən xəbərp verir ki, yeni stansiya eyni vaxtda 120 avtomobilə xidmət göstərə bilir. Bundan başqa, 7 min kvadratmetr sahəni tutan stansiyada əlavə xidmətlər də var.
Stansiyada 350 nəfər çalışır, burada enerji doldurma imkanları, ticarət mərkəzi, istirahət zonası, restoran və kafelər də var. Yeni stansiyadan yalnız minik avtomobilləri istifadə edə bilər, yük maşınlarının buraya gərişi qadağandır.