Almaniyanın avtomobil istehsalçısı Volkswagen AG (VW) üçüncü rüb balansını açıqlayıb.
FED.az xəbər verir ki, 2019-cu il üçün avtomobil təhvili hədəfini aşağı salan Alman istehsalçı,qlobal avtomobil bazarında gözləniləndən sürətli yavaşlama olduğuna işarə edib.
Eləcə də bax: «Naxçıvan Avtomobil Zavodu» özəlləşib – SAHİBİ MƏLUM OLDU
Dünyanın ən böyük avtomobil istehsalçısının mövcud proqnozu təhvil sayının bu il dəyişməz qalacağı istiqamətindədir. Şirkətin bir əvvəlki proqnozu bir miqdar artım olacağı şəklində idi.
Şirkət ilin ilk doqquz aylıq dövründə (yanvar-sentyabr) əməliyyat mənfətini 11% artıraraq 14.8 milyard avro (16.5 milyard dollar) səviyyəsinə yüksəldib.
Üçüncü rübdə (iyul-sentyabr) əməliyyat mənfəəti 4.82 milyard avro təşkil edib və 4.10 milyard avroluq proqnozu geridə qoyub. VW-nin eyni dövrdəki satış gəliri 61.42 milyard avro olub. Proqnoz 57.61 milyard avro idi.
Marja