Dünyada ən çox satılan SUV avtomobillərinin siyahısı məlum olub. «Avtostat» Analitik Mərkəzinin ekspertləri 2019-cu ilin əvvəlindən indiyədək alıcılar arasında populyar olan SUV-ları müəyyən ediblər.
Siyahıda 5-ci yeri «KIA Sportage» modeli tutur.
Bu ilin əvvəlindən indiyədək dünyada 243,4 ədəd «KIA Sportage» satılıb. Bu avtomobildə keyfiyyət-qiymət nisbəti əladır. «KIA Sportage»in sahibləri avtomobilin etibarlı sport-rejimini, trasdakı komfortu və cəsarətli dizaynını bəyənirlər.
Siyahıda 4-cü yeri daha bir Koreya brendi «Hyundai Tucson» tutur.
«Hyundai Tucson»u şəhərdə əla sürülə bilən yaxşı ailəvi avtomobil kimi qiymətləndiriir. Bu ilin ilk 8 ayında dünyada 256 ədəd bu avtomobildən satılıb – pis göstərici deyil.
Reytinqdə 3-cü yeri «Volkswagen Tiguan» tutur.
Avtomobil sevənlər bu avtomobili çoxdan bəyəniblər. Alman kefiyyəti və satıcıların rəyləri «Tiquan»ı satışların liderlərindən birinə çevirib - 371 ədəd satış var.
Siyahıda ikinci yeri yapon istehsalı olan «Honda CR-V» tutur.
«CR-V» ötən illə müqayisədə əla göstəricilər əldə edib, satışlar 15,5 % artıb və model 381,5 min ədəd satışla dünya liderlərindən biridir. Bu modelin sahibləri onu salonun rahatlığı və genişliyi, yüksək keçid qabiliyyəti və 90-120 kilometr sürətlərdə qənaətli yanacaq sərfinə görə sevirlər.
Reytinqlərin lideri isə digər yapon avtomobili «Toyota RAV4»dür.
«Toyota RAV4» dünyanın ən çox satılan şəhər cipidir.İlin əvvəlindən indiyədək dünyada 442 min RAV4 satılıb. Toyota bu göstərici ilə özünün ötən ilki satışlarını daha 8,5% artırıb. Alıcılar modelin əla dinamikasını, salonun komfortunu və DVS sisteminin yüksək etibarlılığını qeyd edirlər.