Dünyanın avtomobil sənayesində kiçik inqilab baş verib.
Avtomobillər üçün yağ dəyişmə xidməti bahalaşıb – SİYAHI, QİYMƏTLƏR
FED.az xəbər verir ki, indiyədək dünyada ən çox satılan avtomobil olan «Toyota Corolla» 2023-cü ilin avqustunda ilk dəfə olaraq 2-ci yerə düşüb.
Avqust ayında dünyada ən çox satılan avtomobillərin siyahısına «Tesla Model Y» başçılıq edib. Avqustun nəticələrinə görə, dünyada 758 645 ədəd «Tesla Model Y» satılıb ki, bu da son bir ildə bu modelin satışlarının 77% artması deməkdir. 2-ci yeri tutan «Toyota Corolla»nın satışları cəmi 711 780 ədəd olub ki, bu da ötən illə mqayisədə 3,4% azdır.
Azərbaycanda ən çox satılan lüks avtomobillər - SİYAHI
Qeyd edək ki, «focus2move» nəşri bu məlumatları dünyanın 162 ölkəsindən toplayır və onlarv rəsmi qurumlar tərəfindən təsdiqlənmiş rəqəmlərdir.
Son 15 ildə Azərbaycanda 192 min qadın – SÜRÜCÜLÜK VƏSİQƏSİ ALIB - SİYAHI
Satışların həcminə görə 3-cü yeri «Ford F-Series» tutur - 595 675 ədəd avtomobil və ötən illə müqayisədə 18,6% artım.
İndiyədək «Corolla»dan sonra 2-ci yeri tutan daha bir «Toyota» nəhəngi – «RAV4» də geriləyib və indi 567 196 ədəd satışla 4-cü yerni tutur – il ərzində geriləmə 3,8% təşkil edib.
Satışların həcminə görə, 5-ci yeri «odda yanmaz suda batmaz» «Honda CR-V» modeli tutur satış həcmi 5,75 artaraq 434 792 ədədə çatıb. 6-cü yeri «Hyundai Tucson» tutur. İl ərzində «Tucson»un satışları 13,4% artaraq 410 748ə çatıb. Satış həcminə görə 7-ci yeri isə «Toyota Camry» tutur – 3 pillə geriləyən modelin satışları 407 795 ədəd olub ki, bu da son bir ildə 6,2% geriləmə deməkdir.
8-ci yeri «Chevrolet Silverado» modeli (402 min ədəd satış +3,7%), 9-cu yeri «Toyota Hilux» modeli (381 min ədəd satış –4,0%), 10-cu yeri isə «Tesla Model 3» modeli (364 min satış–2,8%) tutur.