2020-ci ilin ilk yarısında dünyada SUV seqmentinə daxil olan ən çox satılan avtomobillər açıqlanıb.
Eləcə də bax: Avtomobillərin addan-ada keçirlməsi: Yeni qanun layihəsi nə dəyişiklik vəd edir?
FED.az xəbər verir ki, 2020-ci ilin ilk yarısında ən çox satılan SUV avtomobili əvvəlki kimi Toyota RAV4-dür. İlk 6 ayda bu avtomobildən 426 015 ədəd satılıb. Bu bütün avtomobil bazarının 3,5%-dir və RAV-4 bu göstərici ilə rəqiblərindən xeyli qabaqdadır.
Dünyadad ikinci ən çox satılan SUV avtomobili «Honda CR-V»-dir. İlk yarım ildə 284 145 avtomobil satılıb ki, bu da bazarın 2,3%-i deməkdir. Növbəti yeri 250 043 ədəd avtomobil və bazarın 2%-lik payı ilə «Volkswagen Tiguan» tutur. Maraqlıdır ki, 2007-ci ildən buraxılmağa başlayan «Tiguan» qlobal bazarda yalnız 2016-cı ildə satılmağa başlayıb.
Ən çox satılan SUV avtomobillərinin siyahısında dördüncü yeri «Hyundai Tucson» (190 999 avtomobil), beşhinci yeri «KIA Sportage» (173 654), altınca yeri «Mercedes GLC» (162 638) modelləri tutur.
«Mazda CX-5» bu siyahıda 160 023 avtomobillə yeddinci, «Nissan Qashqai» (158 649) səkkizinci, «Chevrolet Equinox» (150 006) doqquzuncu yeri tutur. İlk 10lduq siyahısını «Toyota Highlander» tutur, ilk yaroım ildə bu avtomobildən 130 973 ədəd satılıb.