Dünyada elektromobillərin satışı ilk dəfə olaraq azalıb.
FED.az xəbər verir ki, «Sanford C. Bernstein» konsaltinq şirkətinin hesablamalarına görə, iyulun nəticələrində elektromobillərin satışları cəmi 128 min təşkil edib ki, bu da 14% azalma deməkdir.
Eləcə də bax: Azərbaycanda elektromobil sürmək sərfəlidirmi? – MÜTƏXƏSSİS RƏYİ
Satışların azalmasının əsas səbəbi Çində - dünyada ən çox elektromobil burada satılır – elektromobillərin satışı üün subsidiyanın azaldılmasıdır. Nəticədə Çində və Şimali Amerikada elektrik avtomobillərinin satışı azalıb, Avropada artıb.
Bu dövrdə ən çox avtomobili ABŞ-ın Tesla şirkəti və Çinin «BYD Co» şirkəti satıb – müvafiq olaraq 20 min və 16 min avtomobil. Üçüncü yerdə Almaniyanın «BMW» şirkəti (təxminən 9 min maşın), dövrdüncü yerdə isə Çinin «BAIC» şirkəti (8 min avtomobil) gəlir.
Ümumilikdə yanvar-iyul aylarında elektrik avtomobillərinin saışında böyük artım davam edir - 35%.
«Sanford C. Bernstein» şirkəti hesab edir ki, bu ilin nəticələrinə görə, elektrik avtomobilləri bazarı daha 23-48% böyüyərək 2,4-2,9 milyon avtomobilə çatacaq.