Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin 4 ədəd “Volqa Syber” markalı nəqliyyat vasitəsi hərraca çıxarılır.
FED.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil edilən hərraca 23 noyabr 2021-ci il tarixdə çıxarılcaq.
Qeyd edək ki, məlumatın dərc olunduğu gündən hərracda iştirak etmək üçün sifariş vermiş (əmlakın start qiymətinin 10%-i həcmində beh ödəmiş) şəxslərə satışa çıxarılan əmlak ilə qabaqcadan tanış olmaq imkanı balanssaxlayıcı təşkilat tərəfindən yaradılır.
Hərracda iştirak etmə qaydaları və nəqliyyat vasitələri haqqında məlumat əldə etmək üçün telefon: 566-07-44; 514 23 64