Əmlak Məsələləri Dövlət Xidmətinin martın 3-də keçirilən hərracnda satışa çıxarılan avtomobillərin əksəriyyətinin qiyməti hərracda yüksəlib.
FED.az xəbər verir ki, hərraca çıxarılan 12 avtomobilin hamısı satılıb, onlardan 8-nin qiyməti hərrac zamanı yüksəlib
Hərraca maraq böyük olub – 12 avtomobilə görə, 72 sifariş verilib. Sifarişlərin 13-ü elektron qaydada verilib. Sifarişlərin çox olması səbəbindən bəzi avtomobillərin qiyməti dəfələrlə yüksəlib. Belə ki, 2003-cü il buraxılışlı “UAZ” avtomobili 1.500 manata satışa çıxarılsa da, son qiyməti 5 850 manata yüksəlib. İlkin start qiyməti 4.000 manat olan “VAZ-21214” isə sonda 6 000 manata özəlləşdirilib. Hərracda satılan avtobillərin siyahısı və qiymətləri cədvəldə göstərilib. Qeyd edək ki, mart ayında növbəti hərraclar 9, 15, 17, 29 və 31 mart tarixlərində keçiriləcək.
Hərraclarda hər kəs iştirakedə bilər. Bunun üçün hərraca 3 iş günü qalmış qeydiyyatdan keçmək və sifariş ediləcək əmlakın qiymətinin 10%-i qədər beh ödəmək lazımdır, hərracda qalib gəlməyənlərin behi qaytarılır.
Bakı şəhəri üzrə 03 mart 2022-ci il tarixində keçirilmiş hərracda satılmış nəqliyyat vasitələrinin siyahısı
№ | Balanssaxlayıcı müəssisənin adı | Avtonəqliyyat vasitələrinin markası | Buraxılış ili | Hərraca çıxarılan ilkin satış qiyməti (manat) | Hərracda yekun satış qiyməti (manat) | Protokol №-si və tarixi |
1 | Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "Azin Telecom" MMC | Chevrolet Epica | 2010 | 6500 | 6500 | 03/22 24.01.2022 |
2 | Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "Azərpoçt" MMC | Chevrolet Epica | 2010 | 7800 | 7800 | 03/22 24.01.2022 |
3 | Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "Aztelekom" MMC | VAZ-21214 | 2006 | 4000 | 4000 | 03/22 24.01.2022 |
4 | Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində "Bakı Telefon Rabitəsi" MMC | VAZ-2106 | 2002 | 3500 | 3865 | 03/22 24.01.2022 |
5 | Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "Aztelekom" MMC | Fiat Doblo | 2008 | 5000 | 5000 | 03/22 24.01.2022 |
6 | Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "Aztelekom" MMC | QAZ-31105 | 2007 | 3000 | 4150 | 03/22 24.01.2022 |
7 | Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "Aztelekom" MMC | Daewoo Nexia | 2006 | 3500 | 3535 | 03/22 24.01.2022 |
8 | Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "Aztelekom" MMC | VAZ-21214 | 2006 | 4000 | 6000 | 03/22 24.01.2022 |
9 | Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "Aztelekom" MMC | VAZ-2106 | 2003 | 2000 | 3720 | 03/22 24.01.2022 |
10 | Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "Aztelekom" MMC | VAZ-2107 | 2004 | 2500 | 3325 | 03/22 24.01.2022 |
11 | Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "Aztelekom" MMC | Volkswagen Passat | 2006 | 4500 | 6250 | 03/22 01.02.2022 |
12 | Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "Aztelekom" MMC | UAZ-31514 | 2003 | 1500 | 5850 | 03/22 24.01.2022 |