Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) martın 27-də keçiriləcək özəlləşdirmə hərracına çıxarılacaq avtomobilləri açıqlayıb. FED.az xəbər verir ki, martın 27-də həttaca 11 avtomobil çıxarılacaq. Bu avtomobillərin 7-si Daxili İşlər Nazirliyinin istifadəsində olan «BMW», «FIAT Doblo» və «QAZ-31» maşınlarıdır. Bundan başqa, hərraca Statistika Komitəsinin rayon şöbələrinin istifadəsində olmuş VAZ avtomobilləri, eləcə də Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin istifadəsində olmuş «Hyundai Sonata» da çıxarılıb.
Məlumata görə, 1 ədəd BMW-520, 3 ədəd BMW-320 avtomobilləri hərraca çıxarılıb.
Balanssaxlayıcı müəssisənin adı | Avtonəqliyyat vasitəsinin markası |
Buraxılış ili |
Start qiyməti
(AZN) |
10% beh (AZN) |
Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı | BMW-520 | 2005 | 6000 | 600 |
Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı | BMW-320 | 2007 | 5200 | 520 |

Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı | FIAT Doblo | 2007 | 3500 | 350 |
Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı | FIAT Doblo | 2007 | 3500 | 350 |
Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı | QAZ-31105 | 2008 | 1800 | 180 |
“Bakı Metropoliteni” QSC | KATO NK 750ÜS L | 1980 | 18000 | 1800 |
Dövlət Statistika Komitəsinin Sabirabad rayon Statistika İdarəsi | VAZ-21043 | 2006 | 1500 | 150 |
Dövlət Statistika Komitəsinin Sabirabad rayon Statistika İdarəsi | VAZ-21041 | 2008 | 1200 | 120 |
Prezidentinin Xüsusi Tibb Xidməti | Hyundai Sonata | 2004 | 5000 | 500 |