Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat İmtahan İdarəsinin rəisi, polkovnik İlham Rəcəbov koronavirusdan dünyasını dəyişib.
FED.az xəbər verir ki, İlham Firudin oğlu Rəcəbov Melioorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin kürəkəni, Əhməd Əhmədzadənin qızı Vüsalə Əhmədzadənin həyat yoldaşıdır.
Qeyd edək ki, rəis müavini təxminən bir ay əvvəl koronovirusa yoluxmuşdu. Müalicəsi Azərbaycanda davam etsə də vəziyyəti pisləşdiyi üçün bir neçə gün əvvəl müalicə üçün Türkiyəyə aparılmışdı. Lakin həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Həkimlərin səyinə baxmayaraq ötən gün İlham Rəcəbovun həyatını xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, ötən il Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polkovnik Mübariz Şahbazov tutdugu vəzifədən azad olunub və nazirin digər əmri ilə Baş DYP İdarəsinin rəis müavini postuna polkovnik-leytenant İlham Rəcəbov gətirilib.