“Aqrarkredit” BOKT Qapalı Səhmdar Cəmiyyəti balansinda olan avtomobilləri satışa çıxarır.
Dövlət avtomobilləri satışa çıxarıldı - Qiymətlər 3000 manatdan başlayır
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, söhbət kredit təşkilatının balansındakı toksik aktivlər üzrə əldə edilmiş istehsal tarixi 1993 – 2013-cü illər arasında dəyişən istifadəyə tam yararsız olan avtomobillərdən gedir.
Məlumata görə, avtomobillərin cəmi dəyəri 19 min 450 manat, sayı isə 17 ədəddir.













