Avto

Dövlət qurumlarında xidməti avtomobillər azaldılır -  FƏRMAN

Dövlət qurumlarında xidməti avtomobillər azaldılır -  FƏRMAN | FED.az
19:28 17 Yan 2019

Azərbaycan dövlət qurumlarında xidməti avtomobillərin sayına yenidən baxılacaq.

FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyevin "Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" fərmanında deyilir.

 

Bir sıra dövlət qurumlarının ləğv edildiyi fərmanda Nazirlər Kabinetinə tapşırılır ki,  mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, dövlət adından yaradılan publik hüquqi şəxslərdə və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə xidməti avtomobillə təmin edilməli vəzifələrin siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin.

 

Həmin siyahıdan kənarda qalan vəzifələrdə işləyən şəxslərə xidmət edən xidməti avtomobillər özəlləşdirilmək üçün Əmlak Məsələləri Dövlət Komitəsinə veriləcək. Nazirlər Kabineti bunun nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Digər xəbərlər