FED.az TENDER xəbər verir ki, Azərbaycan İlahiyyat İnstitutu aşağıdakı lot üzrə AÇIQ TENDER ELAN EDİR
Tender 1 (bir) lot üzrə keçirilir.
Lot- 1. Nəqliyyat vasitələrinin satınalınması.
Tenderdə iştirak etmək üçün iddiaçılar 100 manat məbləğdə iştirak haqqını aşağıda göstərilən bank hesabına köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Bakı şəhəri, Yasamal rayonu, Ə.Cəmil küçəsi 41a nömrəli ünvanda yerləşən Azərbaycan İlahiyyat İnstitutundan ala bilərlər.
Əlaqələndirici şəxs- Məcid Musayev, əlaqə telefonu- (012) 510-65-45.
İddiaçılar iştirak haqlarını aşağıdakı hesaba köçürməlidirlər.
Hh-AZ86CTRE00000000000008455401
VÖEN- 1305654461
Adı-Dövlət Xəzinədarlıq Agentliyi
Kod- 210005
VÖEN-1401555071
Mh- AZ41NABZ01360100000000003944
S.W.I.F.T. CTREAZ22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
– tenderdə iştirak etmək üçün ərizə;
– tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
– tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
– tender təklifi qiymətinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
– Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanından arayış;
– iddiaçının son iki ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
– iddiaçının son iki il ərzində maliyyə vəziyyəti (dövriyyəsi) haqqında bank arayışı;
– iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri və mənfəət vergisinin bəyənnaməsi;
– iddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatı;
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçiriləcəkdir (www.tender.gov.az).
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 1 aprel 2019-cu il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 8 aprel 2019-cu il saat 17.00-a qədər Bakı şəhəri, Yasamal rayonu, Ə.Cəmil küçəsi 41a nömrəli ünvana təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 9 aprel 2019-cu il saat 15.00-da Bakı şəhəri, Yasamal rayonu, Ə.Cəmil küçəsi 41a nömrəli ünvanda yerləşən Azərbaycan İlahiyyat İnstitutunda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştitrak edə bilərlər.
Dövlət İnstitutu avtomobil alır – TENDER ELANI
10:54
9 Fev 2019