İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 13 dekabrda keçirilən növbəti hərracda 27 nəqliyyat vasitəsi özəlləşdirilib.
Azərbaycanda dövlətin 64 maşını satışa çıxarılır – 1000 manatdan 74000 manatadək - SİYAHI
FED.az bu barədə ƏMDX-ya istinadən xəbər verir.
Sifarişlərin çox olması hərracı rəqabətli edib. Belə ki, ilkin start qiyməti 10 000 manat olan Mersedes Bens Sprinter-315CDI m/avtobus üçün təkliflər səsləndirilib, sonda həmin nəqliyyat vasitəsi 25.700 manata satılıb.
Rəqabətli satışı ilə seçilən daha bir avtomobil “BMW 535İ MİNİK” olub. İlkin satış qiyməti 7.000 manat olan bu maşına edilən son təklif 20.200 manat olub.
Hərracda həmçinin “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə məxsus “Şəfəq” neft məhsullarının, çirkab, döşəməaltı suların və zibillərin qəbulu gəmisi 70 000 manata satılıb.