Avtomobillərdən birinə edilən ən son təklif ilkin qiymətdən 3,5 dəfə artıq olub.
Avtomobil bazarında qiymətlər - YENİDƏN ARTIR
FED.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən fevralın 28-də keçirilən hərracda 25 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 318 sifariş qəbul edilib, bunun 40-ı elektron qaydada həyata keçirilib.
Budəfəki hərracda Avropa və Cənubi Koreya istehsalı olan avtomobillərə maraq daha çox olub. Belə ki, ilkin satış qiyməti 14.000 manat olan “Land Rover Defender” markalı avtomobilə ən son təklif 3,5 dəfə çox artaraq 48.700 manata yüksəlib. Bundan başqa, ilkin satış qiyməti 12.000 manata olan “Hyundai İX-35” markalı nəqliyyat vasitəsi 21.200 manata satılıb.
28 fevral hərracında satılan avtomobillər üzrə dövlət büdcəsinə 273 150 manat vəsaitin ödənilməsi nəzərdə tutulur.
Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://clck.ru/33fTeQ )
Məlumat üçün bildiririk ki, növbəti hərraclar 7, 10 mart tarixlərində keçiriləcək. Hərraclara 113 əmlak çıxarılacaq.