Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2025-ci il 7 avqust tarixində növbəti açıq hərrac keçirilib.
Müdafiə Nazirliyinə məxsus avtomobillər - HƏRRACDA SATILIR, SİYAHI
FED.az xəbər verir ki, hərracda Dövlət Gömrük Komitəsinin balansında olan 56 ədəd müxtəlif markalı maşın satışa çıxarılıb. Bu maşınlar üçün müəyyən edilmiş ilkin satış qiyməti 89 600 manat təşkil edib. Lakin hərrac zamanı maraq yüksək olub və nəticədə maşınların ümumi satış məbləği 230 000 manata qədər yüksəlib. Yəni, ilkin qiymətlə müqayisədə maşınlar təqribən 2,5 dəfə bahaya satılıb.
Satılmış bir maşının təqribi qiyməti 4 107 manat təşkil edir.