Dövlət Avtomobil Nəqliyyatı Xidməti 2018-ci il üzrə hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, qurumun gəlirləri 2 mln. 529 min 184 manat təşkil edib. Belə ki, gəlirlərin 2 mln. 472 min 491 manatını qeyri-birja əməliyyatlarından gəlirlər, 56 min 694 manatını sair əməliyyatlardan gəlirlər təşkil edib.
Eləcə də bax: Azərbaycan Nazirlər Kabinetinin - İCLASI KEÇİRİLİB
Qurumun xərcləri isə 2 mln. 515 min 222 manat həcmində olub. Xərclərin 1 mln. 774 min 349 manatını əmək haqqı və dövlət sosial sığorta ayırmaları, 397 min 398 manatını sərf edilmiş materialların dəyəri, 53 min 984 manatını isə amortizasiya xərcləri təşkil edib.
Dövlət Avtomobil Nəqliyyatı Xidməti ötən ili 13 min 962 manat xalis mənfəətlə başa vurub.