Daxili İşlər Nazirliyi ölkədə nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi ilə bağlı qaynar xətt yaradıb.
Eləcə də bax: İlin sonuna kimi mütəmadi reydlər keçiriləcək - Sürücülərə Müraciət
FED.az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, 012 511 08 40 nömrəli qaynar xətt sürücülərin bu məsələ ilə bağlı suallarını cavablandırmaq üçündür:
"Məqsəd sürücülərə idarə etdikləri nəqliyyat vasitələri, onların texniki baxışdan keçməsi müddətinin vaxtı, ödənilməyən cərimə borclarının olub-olmaması və sairə məsələlər barədə məlumatların vaxtında verilməsidir. İstənilən sürücü bu nömrəyə zəng vurmaqla lazım olan məlumatları ala bilər". (Trend)