Əmlak Məsələləri Dövət Xidməti (ƏMDX) indiyədək Daxili işlər Nazirliyində istifadədə olan dövlət avtomobillərini satışa çıxarıb.
FED.az xəbər verir ki, noyabrın 22-də baş tutacaq hərracda 2011-ci il istehsalı olan 24 ədəd «HYUNDAI IX-35» avtomobili ümumilikdə 160 min 750 manat ilkin qiymətlə satışa təqdim ediləcək.
Sözügedən avtomobillər Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatına aiddir.
Bu hesabla bir avtomobilin ilkin satış qiyməti 6700 manat təşkil edəcək.
Bu qiymət, eyni avtomobillərin - «HYUNDAI IX-35» in 2011-ci il buraxılışının bazar qiymətindən təqribən 4 dəfə aşağıdır. Belə ki, eyni il isteşsalı olan avtomobillər avtomobil bazarında 24-25 min manata təklif edilir.
Qeyd edək ki, avtomobillər 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.
Avtomobillərin ucuz satışa çıxarılmasının əsas səbəbi onların texniki vziyyəti ilə əlaqələndirilir. Belə ki, elanda bidirilir ki, bütün avtomobillərin kuzası təbii korroziyaya məruz qalıb, mühərriki, sürətlər qutusu qabaq asqısı və arxa körpüsü tamamilə nasaz və yararsız haldadır. Avtomobilin üstündəki təkərləri və akkumlyatur bateriyası yararsızdır.
Bununla yanaşı, avtomobillərin şəkillərinin əksəriyyəti keyfiyyətsiz olduğuna görə, onların vəziyyəti barədə yazılanların doğru olub-olmadığını dəqiqləşdirmək çətindir.
Bununla yanaşı, qeyd edək ki, dövlət əmlakının belə qısa müddətdə kütləvi surətdə yararsız hala salınması halının araşdırılmasına ehtiyac var. Büdcəyə yığımların artırılması və dövlət vəsaitlərinin səmərələ xərclənməsi ilə bağlı ciddi müzakirələrin getdiyi bir dövrdə kifayət qədər vəsait xərclənməklə alınmış avtomobillərin yararsız hala salınması yolverilməzdir.