Rusiyanın “AvtoVaz” şirkəti 2021-ci ilin avqust ayında 19,4 min ədəd avtomobil satıb.
Eləcə də bax: “Niva” avtomobillərinin - Qiyməti Qalxacaq
FED.az xəbər verir ki, bu, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 33 % azdır. Bu ilin 8 ayında şirkət bütövlükdə Rusiyada 251,6 min avtomobil satıb.Qeyd edilir ki, satışların azalması yarımkeçirici çiplərin qlobal defisitinin birbaşa nəticəsidir. Elektron komponentlərin çatışmazlığından ən çox “Lada Granta” model xətti zərər görüb. (Report)