Yarımkeçirici çiplərin təchizatındakı qlobal defisit ən çox avtomobil sənayesini vurub. 2021-ci il sona doğru yaxınlaşdıqca, çip böhranının nəticələri də daha aydın görünməkdədir.
Eləcə də bax: Hacıqabulda «Malibu», «Nexia» və «CHEVROLET»İN CİPLƏRİ BURAXILACAQ – QİYMƏTLƏR
FED.az xəbər verir ki, AlixPartners konsaltinq şirkəti bu il avtomobil sənayesinin 210 milyard dollar gəlirdən məhrum olacağını proqnozlaşdırır.
Bu rəqəm cari ilin mayındakı proqnozdan (110 milyard dollar) 91% çoxdur. 2021-ci ildə azalan istehsal həcmi isə 7,7 milyon ədəd təşkil edəcək. Öncəki proqnoz 100% daha az - 3,9 milyon ədəd idi.
“Təbii ki, çoxları payıza doğru çip böhranının sakitləşəcəyini ehtimal edirdi. Lakin koronavirus pandemiyasına görə Malayziya və digər ölkələrdə sərt karantin, eləcə də bəzi başqa problemlər böhranı daha da kəskinləşdirib” - AlixPartners-in avtomobil və sənaye sektoru üzrə rəhbəri Mark Uokefild bildirib. (Marja)