Çinin “Hunkt Canticie” adlanan avtomobil markası Britaniya istehsalı olan “Range Rover”in ucuz surətidir. Avtomobilin dəyəri isə cəmi 18 min dollardır. Hələlik istehsalçılar bu maşını yalnız Çin bazarında satmağı planlaşdırırlar.
FED.az xəbər verir ki, “Carscoops” nəşri yazır ki, çinlilər bu maşını “Range Rover” istehsalçılarından icazəsiz şəkildə kopyalayıblar.
Eləcə də bax: Azərbaycana Çin prezidentinin istifadə etdiyi – AVTOMOBİLLƏR GƏTİRİLƏCƏK
Doğrudur, çinli “klon”un “Range Rover”ə bənzərliyi yalnız xarici görünüşə görədir. “Hunkt Canticie”nin interyeri isə britaniyalı əslindən fərqli olaraq daha sadədir.
Bundan başqa, Çin avtomobilinin texniki gücü də “Range Rover”ə uduzur. Çin variantında beş litrli V8-in əvəzində iki litrlik benzin mühərriki yer alıb.
Qiymətdəki fərq isə həqiqətən fantastikdir. Çində “Range Rover” 173 min dollara başa gəlir ki, onu da əhalinin böyük hissəsi almaq iqtidarında deyil. Yerli istehsal isə çinlilərə demək olar, 10 dəfə ucuz başa gələcək.
Hələlik britaniyalı avtomobil istehsalçılarından bu maşınla bağlı heç bir açıqlama gəlməyib.
Oxu