Yanvar-aprel aylarında Çində alternativ enerji mənbələri ilə işləyən avtomobillərin satışının ümumi həcmi illik ifadədə 110% artaraq 1,56 milyon ədəd təşkil edib.
Eləcə də bax: Avropa İttifaqı 2035-ci ildən yalnız elektromobilləri - Qeydiyyata Almaq Niyyətindədir
FED.az xəbər verir ki, bu barədə məlumatlar Çin Avtomobil Sənayesi Assosiasiyasının çərşənbə günü dərc etdiyi hesabatda yer alıb.
Bir çox istehsalçının Şanxaydakı kilidləmə səbəbindən komponentlərin tədarükü ilə bağlı problemlə üzləşməsinə baxmayaraq, satışlar aprel ayında da artıb. Ötən ay bazarda 299 min ədəd “yaşıl” avtomobil satılıb. İllik ifadədə müvafiq göstərici 44,6% artıb. Çində alternativ enerji vasitələrinə elektrikli avtomobillər, hibrid mühərrikləri olan avtomobillər və hidrogen yanacaqla işləyən vasitələr daxildir.
Apreldə avtomobil satışının ümumi həcminə gəlincə, assosiasiyanın məlumatına görə, o, illik ifadədə 47,6% azalaraq 1,18 milyon ədəd təşkil edib. Bu ilin birinci rübündə satışlar 2021-ci ilin eyni dövrü ilə müqayisədə 0,5% artaraq 6,51 milyon ədəd olub. (Marja)